Azərbaycanın Lənkəran rayonunda dəhşətli yol qəzası olub, üç nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb - YENİLƏNİB

Azərbaycanın Lənkəran rayonunda dəhşətli yol qəzası olub, üç nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb - <font color=red>YENİLƏNİB</font>
# 11 aprel 2010 20:07 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara magistralının 190-cı kilometrliyində “VAZ-2107” markalı, 10 KD 934 dövlət nömrə nişanlı, “VAZ-2101” markalı, 10 ER 595 dövlət nömrə nişanlı və “VAZ-2107” markalı, 42 BN 956 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan Lənkəran şəhər sakinləri, 1978-ci il təvəllüdlü Rüqiyyə Qadir qızı Əliyeva, 1981-ci il təvəllüdlü Adil Fərhad oğlu Bağırov hadisə yerində, rayonun Veravul kənd sakini, 1989-cu il təvəllüdlü Cəmil Qarakişi oğlu İsaqov isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılarkən yolda dünyasını dəyişib.

Daha dörd nəfər - Lənkəran şəhər sakinləri, 1951-ci il təvəllüdlü Namiq Şirvan oğlu Əliyev, 1984-cü il təvəllüdlü Müstəqim Nazim oğlu Məmmədov, 1978-ci il təvəllüdlü Ülviyyə Cəbrayıl qızı Talıblı və onun qızı, 2002-ci il təvəllüdlü Aydan Eldar qızı Talıblı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-nın travmatologiya şöbəsinə yerləşdiriblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR