Prokuror Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməkdə ittiham olunan İran vətəndaşlarına iş istəyib

Prokuror Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməkdə ittiham olunan İran vətəndaşlarına iş istəyib
# 14 aprel 2010 12:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməkdə ittiham olunan İran vətəndaşlarından ibarət dəstə üzvlərinə prokuror iş istəyib. APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədirliyi ilə keçirilən prosedə dövlət ittihamçşısı Ehtiram Baxşəliyev çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyi qənaətinə gəlindiyini deyərək, təqsirləndirilən şəxslər Cəmşidi Davud Abutalıb oğlunun 15 il, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu 15 il, Rahəttələb Nahədani Məhin Yəhya qızı 14 il, Hacızadə Ləyalestani Zəhra Cavad qızının isə 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses aprelin 15-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər 2009-cu ilin iyunun 16-da Dövlət Sərhəd Xidmərinin əməkdaşları tərəfindən Lənkəran şəhərində külli miqdarda həşişi satmaq istəyərkən saxlanılıblar. Onlardan qaz tapançası da aşkar edilərək, götürülüb.
Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR