Ombudsman Aparatının əməkdaşları bəzi polis bölmələrinə və cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları bəzi polis bölmələrinə və cəzaçəkmə müəssisələrinə baxış keçiriblər
# 14 aprel 2010 15:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının əməkdaşları İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədi ilə Səbail, Qaradağ və Nizami Rayon Polis İdarələrinin 8, 10 və 23-cü polis bölmələrinə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçirib, 6 saylı Cəzaçəkmə Müəssisəsində Ombudsmana müraciət etmiş vətəndaşla görüşüblər. Ombudsamn Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin məhkum vaxtından əvvəl cəzadan azad olunması ilə bağlı məhkəməyə müraciətinin təmin edilmədiyini və barəsində çıxarılmış qərardan apellyasiya şikayəti verdiyini söyləyib. 15 saylı Cəzaçəkmə Müəssisəsində mətbəxə, yeməkxanaya və hamama baxış keçirilib, şəraitin normal olduğu müəyyənləşdirilib. Müvəkkilin nümayəndələri Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında da olaraq Ombudsmana müraciət etmiş şəxslərlə görüşüblər. İstintaq təcridxanasında saxlanılan Yaşar Məmmədov və Əkbər Vəliyev barələrində olan cinayət işi üzrə istintaqın qeyri-obyektiv aparıldığını və buna etiraz olaraq, aclıq keçirdiklərini söyləyiblər. Hazırda onların cinayət işinin məhkəmə icraatında olduğu məlum olub. Həmin şəxslərin cinayət işi ilə bağlı məhkəmə icraatı getdiyindən Ombudsman haqqında Konstitusiya Qanununun 11.1.4-cü maddəsinə əsasən, qaldırdıqları məsələnin Müvəkkilin səlahiyyətlərinə aid olmadığı izah edilib. Ombudsmanın nümayəndələri onlara aclığı dayandırmağı, müəssisənin tibb hissəsinin rəisinə və həkimlərə isə həmin şəxslərin səhhətini nəzarətdə saxlamağı tövsiyə ediblər. Söhbət aparıldıqdan sonra Y. Məmmədov aclığı dayandırıb. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı baxış keçirilmiş bütün müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR