Cənubi Koreyaya məxsus qayıq əleyhinə vertolyot suda batıb

Cənubi Koreyaya məxsus qayıq əleyhinə vertolyot suda batıb
# 16 aprel 2010 03:08 (UTC +04:00)
İlkin versiyaya görə, vertolyot suya düşüb.

Vertolyotun göyərtəsində 4 nəfər ekipaj olub ki, onlardan cəmi birinin cəsədini tapmaq mümkün olub, qalan şəxslərin axtarışı davam etdirilir.

Axtarış əməliyyatlarına hərbi dəniz qüvvələrinin və sahil mühafizənin şəxsi heyəti cəlb olunub.

Xatırladaq ki, cari ilin mart ayının sonlarında Cənubi Koreyaya məxsus "Çxonan" adlı korvet gəmisi qəzaya uğrayıb.

Aprelin 15-də xilasedicilər gəminin quyruq hissəsini Sudan qaldırmağa müvəffəq olublar ki, burada da 32 dənizçinin cəsədi aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR