Bacısı qızını bıçaqlayan İmişli sakini həbs olunub

Bacısı qızını bıçaqlayan İmişli sakini həbs olunub
# 17 aprel 2010 10:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Ramilə Hümbətova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə təqsirli bilinən R. Hümbətovanın dayısı Eyvaz Babayev tutulub. E. Babayev ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR