Pakistanın şimal-qərbində baş vermiş partlayışlar nəticəsində 41 nəfər həlak olub

Pakistanın şimal-qərbində baş vermiş partlayışlar nəticəsində 41 nəfər həlak olub
# 17 aprel 2010 17:59 (UTC +04:00)
İlkin məlumatlara görə, insident Əfqanıstanla sərhədi yaxınlığındakı Koxat şəhəri həndəvərində qeydə alınıb. Partlayıcı qurğuları iki nəfər terrorçu-kamikadze işə salıb. Birinci partlayış insanların humanitar yardım almaq üçün toplaşdığı zaman, ikinci partlayış isə bundan bir neçə dəqiqə sonra baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə isə ikinci partlayış terrorçu tərəfindən həyata keçirilməyib, əvvəlcədən quraşdırılmış qurğu işə salınıb.

Qeyd edək ki, bu düşərgədə məskunlaşmış qaçqınlar hərbçilərin ekstremistlərə qarşı hərbi əməliyyatlar apardığı Orakzay vilayəti sakinləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR