Papua-Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib
# 18 aprel 2010 03:09 (UTC +04:00)
Bakı-APA. Papua-Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, dağıntı və qurbanlar barədə xəbər verilmir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Bakı vaxtı ilə saat 04.54-də baş vermiş zəlzələnin episentri Lae şəhərindən 30 m aralıda, təqribən 66 kilometr dərinlikdə olub.
Sunami təhlükəsi barədə xəbər verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR