Həyat yoldaşını baltalayan Quba sakininə hökm oxunub

Həyat yoldaşını baltalayan Quba sakininə hökm oxunub
# 19 aprel 2010 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həyat yoldaşını qətlə yetirən Quba rayon sakininə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Tanrıverdi Pirməmmədovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə T. Pirməmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Quba rayonu Xanəgah kənd sakini, 1961-ci ildə anadan olan Tanrıverdi Pirməmmədov 2009-cu il iyulun 11-də saat 04:00 radələrində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Kifayət Sultanovanı balta ilə qətlə yetirib.

Təqsirləndirilən Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR