Terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan İran vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb

Terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan İran vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb
# 19 aprel 2010 14:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunaraq azadlıqdan məhrum edilən İran vətəndaşının apellyasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə məhkum İran vətəndaşı Xeirxah Reza Moxturun apellyasiya şikayətini təmin etməyərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Xeirxah Reza Moxtur 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İran vətəndaşı Xeirxah Reza Moxtur 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən “Cavanşir” körpüsünün altına partlayıcı maddə qoyulması barədə hüquq-mühafizə orqanlarına yalan məlumat verib.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR