Bakıda 64 yaşlı kişi yanaraq ölüb

Bakıda 64 yaşlı kişi yanaraq ölüb
# 20 aprel 2010 08:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. 64 yaşlı Bakı sakini yanaraq ölüb. Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan bildirilib.

Hadisə aprelin 19-dan 20-ə keçən gecə, Novxanı bağlar massivi, Şahbazi küçəsi, 872 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1946-cı il təvəllüdlü Məhəmməd Paşa oğlu Paşayev sobanın üstünə yıxılaraq yanıb. Evdə heç kim olmadığından onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR