“Azərenerji”yə məxsus minik avtomobili mikroavtobusla toqquşub, 10 nəfər xəsarət alıb

“Azərenerji”yə məxsus minik avtomobili mikroavtobusla toqquşub, 10 nəfər xəsarət alıb
# 27 aprel 2010 15:39 (UTC +04:00)
1973-cü il təvəllüdlü Tağıyev Xaspolad Varaşin oğlunun idarə etdiyi 45-AA-145 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı minki avtomobili 1968-ci il təvəllüdlü Məmmədov Şəmsəddin Qəhrəman oğlunun idarə etdiyi 10-KL-538 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində “Azərenerji” ASC-nin Mingəçevir Regional Elektrik Təchizatı İdarəsinə məxsus olan xidməti avtomobilin sürücüsü və Nəqliyyat Departamentinin 15 saylı “Mingəçevir Regional Nəqliyyat” MMC-yə məxsus 7 saylı marşurut üzrə hərəkət edən mikroavtobusun 9 sərnişini müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Xəsarət alan 1964-cü il təvəllüdlü Allahverdiyeva Bəsti Əvəz qızının və 1967-ci il təvəllüdlü Əhmədova Məleykə İbrahim qızının vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR