Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb

Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb
# 27 aprel 2010 15:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində 2004-cü ildə törədilmiş cinayətin üstü açılıb. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, Saatlı rayon Qara Nuru kənd sakini, 1956-cı il təvəllüdlü Əsədov Əvəz Şirnalı oğlunun qətlə yetirilməsi ilə bağlı Penitensiar Xidmətin əməkdaşlarının apardıqları əməliyyat tədbirlərinin də mühüm əhəmiyyəti olub. Basdırılma yerinin qatillər tərəfindən bir neçə dəfə dəyişdirilməsinə baxmayaraq, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Ş. Əsədovun cəsədi kənd ərazisindən tapılaraq çıxarılıb.

Araşdırma zamanı qətli törətməkdə təqsirli bilinən şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Fakt üzrə Saatlı rayon Prokurorluğu tərəfindən istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR