Sumqayıtda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Sumqayıtda minik avtomobili yük maşını ilə toqquşub, ölən var
# 28 aprel 2010 09:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda minik avtomobili yük maşını ilə toqquşub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə Bakı-Quba yolunun 33-cü kilometrliyində qeydə alınıb. Sumqayıt şəhər sakini Bəhruz Səmədovun idarə etdiyi “VAZ-21015” markalı, 56 BE 808 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən, İlqar Cəfərquliyevin idarə etdiyi “KaMaz” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR