Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan Türkiyə vətəndaşları tutulub

Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan Türkiyə vətəndaşları tutulub
# 29 aprel 2010 15:41 (UTC +04:00)
Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər şöbəsi və Gəncə şəhər Polis İdarəsinin Nizami rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyat zamanı, Türkiyə Respublikasının vətəndaşları – 1987-ci il təvəllüdlü Orxan Fuat İbrahimcan, 1945-ci il təvəllüdlü Sami Mehdi Mustafa, 1987-ci il təvəllüdlü Mehmet Bostan Osman və 1988-ci il təvəllüdlü Mustafa Hasar Nizaməddin tutulublar.

Saxlanılan şəxslərdən ikisi - 1987-ci il təvəllüdlü Mehmet Bostan Osman və 1988-ci il təvəllüdlü Mustafa Hasar Nizaməddin Gəncə Dövlət Universitetinin tələbələridir.

Araşdırmalar zamanı saxlanılan şəxslərin Gəncə şəhəri, M. Ş. Vazeh küçəsində yerləşən 26 saylı mənzildə müvafiq dövlət qeydiyyatından keçmədən “Süleymançılar” dini təriqətinin qanunsuz təbliğatı ilə məşğul olduqları müəyyənləşib.

Əməliyyat zamanı həmin ünvandan “Süleymançılar” dini təriqətini təbliğ edən 35 ədəd müxtəlif dini ədəbiyyat və 5 ədəd noutbuk götürülüb.

Hazırda faktla bağlı Nizami rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR