BŞBPİ-nin rəis müavini: “Azərbaycan Dövlət Neft Akademiyasının ətrafında etiraz aksiyasının keçirilməsinə imkan verilməyəcək”

BŞBPİ-nin rəis müavini: “Azərbaycan Dövlət Neft Akademiyasının ətrafında etiraz aksiyasının keçirilməsinə imkan verilməyəcək”
# 30 aprel 2010 08:57 (UTC +04:00)
E. Həsənov deyib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının ADNA-nın ətrafını nəzarətə götürməsi burada keçirilməsi gözlənilən icazəsiz etiraz aksiyası ilə bağlıdır: “Aksiya üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən üç yer təklif olunsa da, onlar bununla razılaşmayıblar. Burada isə aksiyaya keçirilməsinə, ictimai asayişin pozulmasına imkan verilməyəcək”.

Qeyd edək ki, ADNA binasının, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin rəhbərliyi altında polislər, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları tərəfindən nəzarətə götürülüb. ADNA binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb. ADNA-nın terror aktı baş verən korpusunu isə ziyarət başlanıb. Binanın qarşısına əklillər, güllər qoyulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR