Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktının ildönümü ilə bağlı keçirilən aksiya başa çatıb

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktının ildönümü ilə bağlı keçirilən aksiya başa çatıb
# 30 aprel 2010 12:27 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əvvəlcə ADNA-nın binası, Bakı Metropoliteninin “28 May” stansiyası ətrafında başlayan aksiya sonradan Səməd Vurğun bağında davam etdirilib.

Əksəriyyəti gənclərdən ibarət olan aksiya fasilələrlə iki saata yaxın keçirilib. Aksiya iştirakçıları arasında bəzi müxalifət partiyalarının təmsilçiləri də olub. İştirakçılar Azərbaycanın dövlət himinin oxuyub, “30 Aprel - matəm!”, “Terrora yox!” şüarları səsləndirib, şam yandırıblar.

Polis aksiyanın qarşısını alıb. Aksiya iştirakçılarından bir qrupu saxlanılaraq polis bölmələrinə aparılıb. Saxlanılan aksiya iştirakçılarının sayı barədə dəqiq məlumat yoxdur.

Hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev bildirib ki, saxlanılan şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR