DİN: ADNA-da baş verən terror aktının ildönümü ilə bağlı aksiya keçirərkən saxlanılan 10 nəfər barəsində inzibati qaydada ölçü götürüləcək

DİN: ADNA-da baş verən terror aktının ildönümü ilə bağlı aksiya keçirərkən saxlanılan 10 nəfər barəsində inzibati qaydada ölçü götürüləcək
# 30 aprel 2010 15:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının ildönümü ilə bağlı icazəsiz aksiya keçirərkən saxlanılan 10 nəfər barəsində inzibati qaydada ölçü götürülə bilər. Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, aksiyanın keçirilməsinə icra orqanları tərəfindən icazə verilmədiyi üçün polis belə aksiyanın keçirilməsinin qarşısını alıb: “Etiraz aksiyası keçirməyə cəhd edərkən saxlanılanların bir çoxlarına xəbərdarlıq edilərək buraxılıb. 10 nəfərin barəsində isə inzibati qaydada ölçü götürülməsi üçün məhkəməyə müraciət olunub”.

E. Zahidov deyib ki, işi məhkəməyə göndərilən şəxslər barəsində inzibati qaydada müxtəlif formalı cəzalandırma tədbirləri görülə bilər: “Onlar cərimə də oluna bilər, barələrində bir neçə sutkalıq həbs qərarı da çıxarıla bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR