Balakəndə paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçiriləcək

Balakəndə paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçiriləcək
# 30 aprel 2010 18:45 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Azərbaycanın Balakən rayonunda paraşütlə dəqiq tullanma üzrə beynəlxalq yarış keçiriləcək. Bu barədə APA-nın Şəki-Zaqatla bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, Balakən Aviasiya Mərkəzində baş tutacaq yarışlar Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin təşəbbüsü ilə həyata keçiriləcək. Yarışlarda Azərbaycan paraşütçüləri ilə birlikdə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan 4 dövlətin - Rusiya, Belarus, Qazaxıstan və Tacikistanın paraşütçüləri iştirak edəcək. Yarışlarda iştirak edən hər bir ölkə 5 paraşütçüdən ibarət komanda ilə təmsil olunacaq.

Mayın 2-də start veriləcək yarışlarda paraşütçülər 1500 metr hündürlükdən əvvəlcədən müəyyən edilmiş hədəfə tullanacaqlar.

Üç gün davam edəcək yarışlarda qalib komandalara mükafatlar təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR