“Azərbaycanda Həbsxana İslahatlarına Dəstək” layihəsinin icrasına dair yekun konfrans keçiriləcək

“Azərbaycanda Həbsxana İslahatlarına Dəstək” layihəsinin icrasına dair yekun konfrans keçiriləcək
# 05 may 2010 14:37 (UTC +04:00)
Bakı-APA. Mayın 6-da Avropa Şurası (AŞ) Azərbaycanın Ədliyyə Nazirliyi ilə birgə “Azərbaycanda Həbsxana İslahatlarına Dəstək” layihəsinin icrasına dair yekun konfrans təşkil edəcək. Avropa Şurasının Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, layihə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş Tibb İdarəsi və Məhkəmə İcraçıları Baş İdarələri tərəfindən həbsxana sistemində Avropa standartlarına uyğun islahatlar həyata keçirilməsi üçün ehtiyacların müəyyənləşdirilməsi məqsədini daşıyır. 2008-ci ilin iyun ayından icra olunan bu layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilib.

Yekun konfrans layihənin yerinə yetirilməsinə və məqsədlərə uyğun əldə olunan nəticələrə dair qısa məlumatın təmini, həmçinin Azərbaycanda həbsxana sisteminin gələcəkdə islahatlara olan ehtiyacını müəyyənləşdirmək məqsədi ilə təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR