Azərbaycan Hacıqabul rayonu ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb - SİYAHI

Azərbaycan Hacıqabul rayonu ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb - <font color=red>SİYAHI</font>
# 06 may 2010 10:38 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovniki Lütfü Nəbiyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılardan 11 nəfəri - mikroavtobusun sürücüsü, 1961-ci il təvəllüdlü Qafarov Fazil Qədir oğlu, Gəncə şəhər sakinləri - 1947-ci il təvəllüdlü Bağırov Nail Köçəri oğlu, 1977-ci il təvəllüdlü Abdullayev Yurik İslam oğlu, 1959-cu il təvəllüdlü Vəliyev Əlibala İlyas oğlu, 1950-ci il təvəllüdlü Seyfullayev Nizami Kərim oğlu, Şəmkir rayonu Seyfəli kənd sakini, 2006-cı il təvəllüdlü Xəlilov Yasin Mahir oğlu, 1981-ci il təvəllüdlü Qurbanova Səməngül Eldar qızı, Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Rəhimova Yazgül Bayram qızı, 1957-ci il təvəllüdlü Abdullayeva Tamara İslam qızı, Daşkəsən rayonu Mollahəsən kənd sakini, 1965-ci il təvəllüdlü Paşayeva Nazlı Tapdıq qızı və 1978-ci il təvəllüdlü Xəlilov Mahir Hümbət oğlu ağır vəziyyətdə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Daha 4 nəfər - Gəncə şəhər sakinləri - 1993-cü il təvəllüdlü Xudiyev Aydın Akif oğlu, 1996-cı il təvəllüdlü Verdiyev Ələsgər Füzuli oğlu, 1959-cu il təvəllüdlü Haqverdiyev Əmrah Həbibulla oğlu və Sumqayıt sakini, 1940-cı il təvəllüdlü Həbibov Cabbar Xəlil oğlu Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün saat 05.45 radələrində Bakı-Qazax yolunun 137,9-cu kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Gəncə istiqamətində hərəkət edən, Qafarov Fazil Qədir oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10 JT 258 dövlət nömrə nişanlı mikroavtobus yolun kənarında təmir üçün dayanan “KamAZ” markalı maşınla toqquşub.

Nəticədə “KamAZ”-ın sürücüsü, Samux rayon Ləki kənd sakini, 1968-ci il təvəllüdlü Mehdiyev Altay Ənvər oğlu, onun sərnişini - Samux rayon Ləki kənd sakini, 1956-cı il təvəllüdlü Musayev Səfixan Həbib oğlu, avtobusun 3 sərnişini – Gəncə sakini, 1955-ci il təvəllüdlü İsmayılov Fazil Hüseyn oğlu və şəxsiyyəti hələlik məlum olmayan 2 qadın hadisə yerindəcə dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR