Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran və Azərbaycan vətəndaşlarına hökm oxunub
11 may 2010 10:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran və Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə kerçirilən prosesdə məhkəmənin hökmü ilə təqsirləndirilən İran vətəndaşı Qulamrza Rəhman Acar, Azərbaycan vətəndaşları Ədalət Hüseynov, Mənsur Ağayev, Seyfulla Mehbalıyev 15 il və Əhməd Səfərov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, adıçəkilən təqsirləndirilənlər 2009-cu il yanvarın 6-da Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunublar.

Hadisə
Lerikdə 3,1 bal gücündə zəlzələ baş verib
07:50
21 sentyabr 2024
Bakıda 16 mərtəbəli binada baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
23:45
20 sentyabr 2024
Ağdamda qəza baş verib, xəsarət alanlar var
22:50
20 sentyabr 2024
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib
18:21
20 sentyabr 2024