“Əməkdar hüquqşünas” fəxri adı verilən bir qrup şəxsə vəsiqə və döş nişanı təqdim edilib

“Əməkdar hüquqşünas” fəxri adı verilən bir qrup şəxsə vəsiqə və döş nişanı təqdim edilib
# 11 may 2010 15:31 (UTC +04:00)
Bakı-APA. Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Məhkəmə-Hüquq Şurasında tədbir keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə mütərəqqi hüquqi islahatların həyata keçirilməsində səmərəli fəaliyyətlərinə və vəzifələrini nümunəvi yerinə yetirdiklərinə görə ölkə Prezidenti tərəfindən “Əməkdar hüquqşünas” fəxri adı verilmiş bir qrup şəxsə həmin fəxri adın vəsiqəsi və döş nişanı təntənəli təqdim edilib.
Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli hüquqi islahatların müsbət nəticələrini qeyd edib, dövlət inkişafı kursunun ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. F. Məmmədov “Əməkdar hüquqşünas” fəxri adına layiq bilinmiş şəxslərə bu yüksək təltifin məhz Heydər Əliyevin doğum günü ərəfəsində təqdim olunmasının mənəvi əhəmiyyətini vurğulayıb. Sonra “Əməkdar hüquqşünas” fəxri adının vəsiqəsi və döş nişanı təntənəli təqdim edilib.

Bu fəxri ada layiq bilinmiş şəxslər çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, təqdimetmə mərasiminin bu əlamətdar gündə keçirilməsinin üzərlərinə böyük məsuliyyət qoyduğunu qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR