Ombudsmanın nümayəndələri Daxili Qoşunların hərbi hissələri və hospitalında olublar

Ombudsmanın nümayəndələri Daxili Qoşunların hərbi  hissələri və hospitalında olublar
# 11 may 2010 15:52 (UTC +04:00)
Bakı-APA. Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların (DQ) Bakı şəhərində yerləşən hərbi hissələrində, o cümlədən hərbi hospitalında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, Aparatın əməkdaşı Vüqar Heydərov və DQ Baş idarəsi Mənəvi-psixoloji hazırlıq şöbəsinin zabiti Nəriman İsayev zabit və əsgərlərlə görüşüblər.
Azərbaycanda əmin-amanlığın təmin edilməsinin, asayişin, sabitliyin qorunmasının, Vətənin müdafiəsi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnun həyata keçirilməsində səylər göstərilməsinin DQ-nin əsas vəzifələrindən olduğu və son illərdə bu istiqamətdə təkmilləşmənin müşahidə edildiyi bildirilib.
Ombudsmanın nümayəndələri hərbi hissələrə, şəxsi heyətin yaşayış yerlərinə, DQ Muzeyinə, Heydər Əliyev guşələrinə, kluba və kitabxanaya, mətbəxə, yeməkxanaya, tibb məntəqəsinə, ümumi istifadə yerlərinə, camaşırxanaya baxış keçirmiş, qida məhsullarının keyfiyyəti ilə tanış olub və hər hansı bir qanun pozuntusu aşkar edilməyib. Görülən işlər müsbət qiymətləndirilməklə yanaşı, müvafiq tövsiyələr verilib.
Həmçinin Daxili Qoşunların hərbi hospitalında zabit və əsgərlərin müalicə aldığı palatalara, reanimasiya, müayinə kabinetlərinə, mətbəxə, yeməkxanaya, hamama baxış keçirilib, hərbi qulluqçuların şəraiti və müalicə prosesi, onların xəstəlik vərəqələri araşdırılıb, qanun pozuntuları aşkar olunmayıb.
Qeyd edilib ki, bu müəssisədəki şərait normaldır, tibbi avadanlıq və ləvazimat yaxşı vəziyyətdədir. Hərbi hissələrdə belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR