Kəmaləddin Heydərov: “Sabirabadda yaranmış vəziyyətlə bağlı hələlik xaricdən mütəxəssis cəlb olunması nəzərdə tutulmur”

Kəmaləddin Heydərov: “Sabirabadda yaranmış vəziyyətlə bağlı hələlik xaricdən mütəxəssis cəlb olunması nəzərdə tutulmur”
# 11 may 2010 17:31 (UTC +04:00)
Müxtəlif qurumlardan, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən, “Azərenerji”dən, elimi-tədqiqat institutlarından mütəxəssislər var. Onlar əraziyə vertolyotla baxışlar keçirir, torpaqdan analizlər götürürlər”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu fəlakət bölgəsində jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir problemin aradan qaldırılması üçün hələlik xaricdən mütəxəssis cəlb olunmasının nəzərdə tutulmadığını qeyd edib.

K. Heydərov bildirib ki, prezident bu gün keçirilən səyyar müşavirədə yaranmış vəziyyətlə bağlı məsələlərə kompleks şəkildə baxılmasının zəruriliyini vurğulayıb: “Lakin sual oluna bilər ki, niyə bu məsələlərə indiyə kimi baxılmayıb? Hər gün mətbuatdan izləyirik ki, dünyasının hər yerində iqlim dəyişiklikləri ilə bağlı zəlzələlər olur, vulkanlar püskürür, yerin təkində gedən proseslər nəticəsində dünyanın bütün qitələrində su basmalar, sellər, daşqınlar müşahidə olunur. Əvvəllər bu bəndlər, kanallar, su ötürücüləri, hidroqurğular suyun səviyyənin bu həddi üçün nəzərdə tutulmamışdı. Amma indi görürük ki, artıq bir neçə ildir, səviyyələr dəyişir. Azərbaycanda, digər qonşu ölkələrdə Azərbaycanda olan su anbarları da ola bilsin ki, bu prosesə öz təsirini göstərir”.

K. Heydərovun sözlərinə görə, əsas problem odur ki, həm yağıntıların, həm qrunt sularının, həm də çaylara daxil olan digər mənbələrin həcmi artmaqdadır: “Ona görə də bu məsələləri kökündən həll etmək üçün yəqin ki, komissiya yaradacağıq. Prezidentin tapşırığı ilə Dövlət Komissiyasının yaradılması nəzərdə tutulur. Komissiya bütün təşkilatları əhatə edəcək. Bütün təşkilatların nümayəndələr orada təmsil olunacaq. Həm elmi-tədqiqat, həm relyef quruluşu, həm su mütəxəssislər, sahil bərkitmə işləri aparan qurumlar komissiyaya cəlb olunacaqlar ki, uzun illər üçün bir proqram hazırlansın. Proqram əsasında Azərbaycan ərazisində olan suların idarə olunması təkmilləşəcək. Hər hansı təhlükə, fövqəladə hal baş verərsə, o suların hansı istiqamətə axıdılması, təhlükənin aradan qaldırılması məsələləri həll olunacaq”.

Nazir dünən axşamdan Kürün deltasında Xəzər Dəniz Gəmiçiliyinin, ARDNŞ-nin lilsoran texnikalarının işlədiyini, ilkin nəticələrin əldə olunduğunu deyib: “Amma bu, bir-iki günün işi deyil, gərək bu işlər mütəmadi aparılsın. Həm ticarət, həm də yük gəmilərinin işləməsi lillənmənin qarşının alınmasına kömək edər”.

K. Heydərov hazırda sahil bərkitmə işlərinin davam etdirildiyini və vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR