Sabirabad rayonunun Ulacalı kəndində Kürün yardığı ikinci bənddə bərkitmə işləri bu gün başa çatacaq

Sabirabad rayonunun Ulacalı kəndində Kürün yardığı ikinci bənddə bərkitmə işləri bu gün başa çatacaq
# 14 may 2010 09:05 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu fəlakət bölgəsində jurnalistlərə açıqlama verən baş nazirin müavini Abid Şərifov bildirib.

Su basmış kəndlərin əhalisinin nə zaman geri qaytarılacağı barədə suala cavabında A. Şərifov deyib ki, hər şeydən əvvəl kəndlərdə olan vəziyyət öyrəniləcək: “İki gün ərzində vəziyyət öyrəniləcək. Öncə yollar, elektrik, rabitə xətləri bərpa olunmalı, su çəkilməlidir. Ondan sonra əhali geri qaytarıla bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR