Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 19 may 2010 12:49 (UTC +04:00)
Hacıqabul. Şahnəzər Bəşirov - APA. Bakı-Qazax magistral yolunun 154-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində ölümlə nəticələn avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudov APA-nın yerli bürosuna bildirib ki, hadisə mayın 19-da səhər saat 8:00 radələrində qeydə alınıb. Bakı şəhəri, Böyük Şor qəsəbə sakini, 1982-ci il təvəllüdlü Yusifov Elxan Şahbaz oğlu idarə etdiyi 10-XL-641 dövlət nömrə nişanlı “QAZEL 3302-111” markalı yük avtomobili ilə yolun ehtiyat hissəsində dayanmış 10-SO-250 dövlət nömrə nişanlı “Mercedes Benz-250” markalı minik avtomobilinin sürücüsü Ucar rayonunun Qarabörk kənd sakini, 1971-ci il təvəllüdlü Bayramov Mahir Bayram oğlunu vurub. İlkin məlumata görə Mahir Bayramov avtomobilinin təkərini dəyişərkən ehtiyatsızlıq edib və “QAZEL” ona dəyib. M. Bayramov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR