Dostunu qətlə yetirməkdə təqsirləndirilən Füzuli rayon sakininə hökm oxunub

Dostunu qətlə yetirməkdə təqsirləndirilən Füzuli rayon sakininə hökm oxunub
# 25 may 2010 13:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dostunu qətlə yetirməkdə təqsirləndirilən Füzuli rayon sakininə hökm oxunub. APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə təqsirləndirilən Füzuli rayon sakini Söhrab Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2009-cu il dekabrın 21-də Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yol kənarında Şamaxı rayon sakini, 1954-cü il təvəllüdlü Yaşar Cəbrayıl oğlu Alışanovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Tibbi ekspertiza Y. Alışanovun baş və bədənin müxtəlif nahiyələrindən aldığı zərbələr nəticəsində öldüyünü müəyyən edib.

Suraxanı rayon Polis İdarəsi və rayon Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Y. Alışanovun Füzuli rayonundan olan Söhrab Rüstəmov adlı şəxs tərəfindən qətlə yetirildiyi məlum olub. Polis tərəfindən saxlanılan S. Rüstəmov hadisəni tamah məqsədi ilə törətdiyini etiraf edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR