Stavropolda baş verən partlayışda yaralanmış azərbaycanlının şəxsiyyəti dəqiqləşib

Stavropolda baş verən partlayışda yaralanmış azərbaycanlının şəxsiyyəti dəqiqləşib
# 28 may 2010 08:04 (UTC +04:00)
Bakı. Viktoriya Deçemtyeva-APA. Stavropolda “Akvarium” kafesində baş verən partlayışda yaralananlardan birinin azərbaycanlı olduğu dəqiqləşib. Azərbaycandan olan artist, 18 yaşlı Rövşən İsmayılov hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, yerli diaspor qurumunun rəhbəri Kamran Osmanov soydaşımızın Stavropola “Vaynax” ansamblı ilə konsertdə çıxış etmək üçün gəldiyini deyib. “Şəxsiyyətinin müəyyənləşdirə bilmədikləri, Azərbaycan yaxud Türkiyənin vətəndaşı olduğu güman edilən şəxs soydaşımız Rövşən İsmayılovdur. “Vaynax” ansamblının konsertində iştirak etmək üçün bura gələn Rövşən partlayış zamanı yaralanıb və hazırda 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər onun durumunun ağır olduğunu bildirirlər”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov APA-ya açıqlamasında bildirib ki, hələlik partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmadığı dəqiqləşməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR