Kürün səviyyəsi 55 santimetr aşağı enib, Arazın səviyyəsində enmə müşahidə olunur

Kürün səviyyəsi 55 santimetr aşağı enib, Arazın səviyyəsində enmə müşahidə olunur
# 28 may 2010 08:29 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. “Kürün səviyyəsi 55 santimetr aşağı enib”. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deyib. Ötən gündən aparılan müşahidələrin nəticəsi olaraq bu gün artıq Kürün səviyyəsinin 55 sm endiyini vurğulayan R. Aslanov hazırda ərazidə qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirib.

APA-nın əməkdaşının verdiyi məlumata görə, Araz çayının səviyyəsində də enmə müşahidə olunur. Bu gün isə Arazın ikinci qolunun açılacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR