Bakı sakini dənizdə çimərkən boğulub

Bakı sakini dənizdə çimərkən boğulub
# 31 may 2010 09:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda çimərlikdə ölüm hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə Bilgəh qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Tarix Bəşirov dənizdə çimərkən boğulub. Hazırda onun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Məlumata görə, bu, 2010-cu ildə çimərlikdə baş verən ilk ölüm hadisəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR