Abşeronda 65 yaşlı qadının öldürülməsi ilə bağlı məhkəmə başlayıb

Abşeronda 65 yaşlı qadının öldürülməsi ilə bağlı məhkəmə başlayıb
# 31 may 2010 09:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 65 yaşlı qadını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Rüfət Rauf oğlu Kazımovun cinayət işi üzrə məhkəmə baxışı iyunun 7-nə təyin edilib.

İttihama görə, 2009-cu il dekabrın 15-də Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində 1945-ci il təvəllüdlü Xalidə Adıgözəlovanın küt alətlə qətlə yetirilən meyiti aşkarlanıb. Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1992-cü il təvəllüdlü Rüfət Kazımov saxlanılıb. R. Kazımov ibtidai istintaqa ifadəsində qətli tamah məqsədilə törətdiyini etiraf edib.

R. Kazımov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR