Qaxda sıradan çıxmış avtomobil və dəmir yolunda nəqliyyatın hərəkəti bərpa edilib

Qaxda sıradan çıxmış avtomobil və dəmir yolunda nəqliyyatın hərəkəti bərpa edilib
# 31 may 2010 14:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin şimal-qərb bölgəsinə yağan leysan yağışları ilə bağlı rəsmi məlumat yayıb. APA-nın FHN-in internet səhifəsinə istinadən verdiyi məlumata görə, mayın 30-da yağan leysan xarakterli yağışlar Qapıçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Qax rayonunun Marsan kəndinin ərazisini sel suları basıb, Bakı-Balakən avtomobil yolunun və Yevlax-Balakən dəmir yolu xəttinin Marsan kəndindən keçən hissəsini su dağıdıb. Bundan əlavə, 125 fərdi evin zirzəmisini və həyətyanı sahələri su basıb, bəzi həyətlərin hasarları aşıb, 2 baş iri və 15 baş xırdabuynuzlu ev heyvanı, 300-dən artıq ev quşu və 70-dən çox arı pətəyini sel aparıb. Hadisə yerinə cəlb edilmiş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həmin ərazilərin sel sularından təmizlənməsini və müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.

Hazırda avtomobil yolunda və dəmir yolu xəttində nəqliyyatın hərəkəti bərpa olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR