Azərbaycanda 8 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ölüb

Azərbaycanda 8 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ölüb
# 02 iyun 2010 09:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Şirvan şəhərində 8 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb. Bu barədə APA-ya Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.

Hadisə iyunun 2-də qeydə alınıb. Şirvan şəhər sakini Camal Abbasovun evinə qonaq gələn 8 yaşlı Aidə Abbasova ikinci mərtəbədən yıxılıb. O, aldığı xəsarətdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR