Akif Nəsirov: “Milli Məclisin adından istifadə edən “Hacı”lar peyda olub”

Akif Nəsirov: “Milli Məclisin adından istifadə edən “Hacı”lar peyda olub”
# 02 iyun 2010 10:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin adından istifadə edən “Hacı”lar peyda olub. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov jurnalistlərə açıqlamasında bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, Hacı Rafiq, Hacı Ramazan və Hacı Arif adlı bir neçə şəxs müxtəlif ünvanlara gedib parlamentin mətbuat xidmətinin əməkdaşları olduqlarını bildirərək, həmin müəssisələrdən pul almaq istəyiblər. Onun sözlərinə görə, həmin şəxslər konkret olaraq, “Su istehsalçıları” İctimai Birliyinə gedərək parlamentin mətbuat xidmətini təmsil etdiklərini deyiblər: “Biz onlara dedik ki, qarşılaşdıqları vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat versinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR