Şirvan sakini özünü asıb

Şirvan sakini özünü asıb
# 02 iyun 2010 10:56 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. İyunun 2-də səhər saatlarında Şirvan şəhərində Neftçilər küçəsi 4 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Pərviz Pirəli oğlu özünü asaraq intihar edib. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, P. Məmmədov Hacıqabul gölünün yaxınlığında dəmir dirəkdən asılmış vəziyyətdə aşkar edilib. Əvvəllər məhkum olunmuş P. Məmmədov narkotik asılılığından əziyyət çəkirmiş.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR