Goranboyda 18 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb

Goranboyda 18 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb
# 03 iyun 2010 09:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Xocalı polisi 18 il əvvəl baş vermiş qətl hadisəsinin üstünü açıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlum cinayət hadisəsi 1992-ci ildə Goranboy rayonunda baş verib. Rayonun Başkənd kənd sakini Elman Əliyev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Uzun illər davam edən əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, qətlin üstünü açmaq mümkün olmayıb. Xocalı polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 18 il əvvəl E. Əliyevi güllələyən şəxsin Goranboy rayon sakini, 42 yaşlı Afiq Abdullayev olduğu müəyyənləşdirilib. A. Abdullayev artıq həbs edilib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR