Beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb
Hökm iyunun 16-da elan ediləcək.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər Asif Əmikişili, Rəşid Mustafayev, Emil Şıxəliyevin 15 il , Mahir Allahverdiyev, Firdovsi Quliyevin 14 il, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 13 il, İbadət Alazovun 12 il, Kamran İlyasov, Teymur Axundov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 11 il, Mehdi Kərimov, Mahir Abdullayev, Tural Həsənov, Ceyhun Əliyev, Zeynal Əkbərovun 10 il, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 8 il, Vüqar Abduıllayev, Namiq Məmmədov, Ramil Fərzəliyevin 7 il, Arif İbrahimov, Elçin Canağayev, Rəşad Mahmudov, Fuad Mövsümov, Emin Caminin 6 il, Bəxtiyar Mustafayevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan qrup qanuna zidd silahlı birləşmə yaradaraq dövlət əleyhinə hərəkətlər etməyi planlaşdırıb. Qrupun rəhbəri “Abdulla” ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak edib. O, 2001-ci ildə Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılıb, sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə məhkum olunub. Cəza müddəti bitdikdən sonra antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə Azər Misirxanov xarici ölkə ərazisinə keçib. Bu silahlı birləşmənin üzvləri Bakı şəhərində yerləşən “Əbu Bəkr” məscidində 2008-ci il avqustun 17-də terror törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş “Meşə qardaşları” adlı silahlı birləşmənin rəhbərlərindən biri “Süleyman” ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər. Qrup Bakı-Novorossiysk”neft boru kəmərini partlatmağı da planlaşdırıb. Saxlanılan zaman onların üzərindən külli miqdarda silah-sursat aşkarlanaraq, götürülüb.
Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və s. maddələri üzrə ittiham olunurlar.
Bir müddət əvvəl “Abdulla” ləqəbli Azərbaycan vətəndaşı Azər Misirxanov Əfqanıstanda ABŞ hərbi birləşmələrinin keçirdikləri əməliyyat tədbirləri zamanı öldürülüb.
Samir Mehdiyev isə Pakistanda saxlanılaraq Azərbaycana gətirilib.
Xəbər Lenti
Hakan Fidan və Qətərin Baş naziri Suriyadakı vəziyyəti müzakirə ediblər
“Neftçi” doğma meydanda “Qarabağ”a məğlub olub
Ağ Ev: Kiyev ərazi güzəştləri ilə bağlı qərarı özü verməlidir
Zelenski: Ukrayna ölkənin NATO-ya qismən dəvətini qəbul etməyəcək
İran xarici işlər naziri Dəməşqə səfər edib - YENİLƏNİB
Qəzzada ölənlərin sayı 44 429 nəfərə çatıb
Hakan Fidan və Antoni Blinken arasında telefon danışığı olub, Suriyaya dair müzakirə aparılıb
Rüstəm Muradov Rusiya Quru Qoşunlarının Baş komandanının müavini təyin edilib
Tbilisidə parlament qarşısında yenidən etiraz aksiyası başlayıb - YENİLƏNİB-3 - VİDEO
Müxalif Suriya Milli Ordusu Tel Rifat şəhərinə daxil olub - YENİLƏNİB-2
İğtişaşlar nəticəsində Gürcüstan parlamentinin 48 otağına ziyan dəyib, yeməkxanası tamamilə dağıdılıb - VİDEO
Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb - FOTO - YENİLƏNİB
Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələyib
Niels Arestrup vəfat edib
Kaja Kallas Avropa qoşunlarının Ukraynaya göndərilməsini hansı halda mümkün saydığını açıqlayıb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Avropa İttifaqı Şurasının yeni Prezidenti və Ali Nümayəndəsi Kiyevə səfər edib
Yağış yağır - FAKTİKİ HAVA
Yaponiya Baş naziri qəzaya düşüb
Kobaxidze Gürcüstanın ABŞ-dəki səfirinin istefasını təsdiqləyib
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Baş nazir: Yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə növbəti test imtahanı keçirilib
Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoyması qərarını müvəqqəti hal sayıb
Ötən gün Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb
Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarının başlanılmasına hazır olduğunu bəyan edib
Kobaxidze: Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib
Tbilisidə bu gecə keçirilən aksiyalarla əlaqədar 50 nəfər saxlanılıb
Rusiya Ordusu Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirib
Rumıniyada parlament seçkiləri keçirilir
Xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olub
KİV: Heyət Təhrir əş-Şamın lideri öldürülüb
Sabah yağış yağacaq
Dövlət başçısı İlham Əliyev Rumıniya Prezidentini təbrik edib
Gəncədə 27 yaşlı qadın bıçaqlanıb - YENİLƏNİB
Türkiyədə minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər ölüb
Yəməndən İsrailə ballistik raket atılıb
Sumqayıtda yataqxanada yanğın olub
Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib
Tramp BRİCS ölkələrini gömrük rüsumları ilə hədələyib
Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 191-ə yüksəlib
Donald Tramp FTB rəhbəri vəzifəsinə Kəş Patelin namizədliyini irəli sürüb
Bakıda avtomobil gənc oğlanı vurub
Suriyadakı hadisələrlə bağlı İraq sərhədləri tamamilə bağlanıb
Rustaveli prospektində davam edən etiraz aksiyası zamanı iki media nümayəndəsi yaralanıb
Ərəb Liqası Suriyanın suverenliyinə hörmət etmək lazım olduğunu açıqlayıb
Əsəd: Suriya dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadirdir
ABŞ girovları azad etmək üçün HƏMAS-a qarşı sanksiyaları sərtləşdirə bilər
Gürcüstan polisi Tbilisidə aksiyaçıları parlament binası qarşısından uzaqlaşdırıb - VİDEO - YENİLƏNİB-2