Bakı-Maştağa yolunda ağır yol qəzası baş verib, xeyli sayda yaralı var

Bakı-Maştağa yolunda ağır yol qəzası baş verib, xeyli sayda yaralı var
# 10 iyun 2010 19:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı-Maştağa yolunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu güb axşam saat 21.30 radələrində Nardaran qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, iki minik maşını sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində xeyli sayda insan xəsarət alıb. Yaralılar təcilli tibbi yardım maşınları ilə 3 saylı Sabunçu rayon xəstəxanasına aparılıblar.
Xəstəxanadan APA-ya verilən məlumata görə, qəza nəticəsində 15-ə yaxın şəxs xəsarət alıb. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir. Hələlik yaralıların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qəza nəticəsində ölənlərin də olduğu istisna edilmir.
Sabunçu rayon Dövlət Yol Polisi hazırda hadisənin baş vermə səbəblərini araşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR