Lənkəranda qətl hadisəsi baş verib

Lənkəranda qətl hadisəsi baş verib
# 11 iyun 2010 08:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. Lənkəran Rayon Prokurorluğunun kriminalisti Taleh Osmanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə iyunun 11-də saat 1.00 radələrində baş verib. Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Adil Mirağa oğlu Ramazanov şəxsi mübahisə zəminində Lənkəran şəhər sakini, 1980-ci il təvəllüdlü Elman Ələkbər oğlu Əliyevə çoxsaylı bədən xəsarətləri yetirməklə onu qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindən qaçmış A. Ramazanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görürlər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 )qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR