Rusiyada iki qardaşdan birini qətlə yetirməkdə, digərini isə öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub

Rusiyada iki qardaşdan birini qətlə yetirməkdə, digərini isə öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub
# 11 iyun 2010 13:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rusiyada iki qardaşdan birini qətlə yetirməkdə, digərini isə öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Rafiq Mövsümovun cinayətini sübuta yetirdiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Rafiq Mövsümov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rafiq Mövsümov 2002-ci ildə şəxsi münasibətlər zəmnində Rusiyada iki qardaşdan birini öldürüb, birinə isə ağır xəsarət yetirib. Bundan sonra axtarışda olan Rafiq Mövsümov 8 ildən sonra Tovuz rayonunda tutulub. R. Mövsümov Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR