Göyçayda baş vermiş avtomobil qəzasında 3 nəfər yaralanıb

Göyçayda baş vermiş avtomobil qəzasında 3 nəfər yaralanıb
# 11 iyun 2010 21:36 (UTC +04:00)
Göyçay. Zahid Abışov-APA. Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Göyçay rayon Polis Şöbəsindən APA-nın Aran bürosuna verilən məlumata görə, iyunun 11-də saat 20 radələrində Ucar-Göyçay yolunun 7-ci kilometrində Göyçay rayon sakinləri – 1979-cu il təvəllüdlü Rəşad Əhmədovun idarə etdiyi «VAZ 2107» markalı avtomobillə əks istiqamətdə hərəkət edən 1985-ci il təvəllüdlü Elvin Babayevin idarə etdiyi «VAZ 2106» markalı maşın toqquşublar. nəticədə hər 2 maşın yararsız hala düşüb. «VAZ 2107»-nin sürücüsü və maşında olan sərnişinlər, Göyçay rayon sakinləri 1966-cı il təvəllüdlü Elvin Bayramovla 1965-ci il təvəllüdlü Ceyhun İsgəndərov müxtəlif bədən xəsarətləri ilə Göyçay rayon xəstəxanasına yerləşdiriliblər.

İlkin versiyaya görə, hadisəyə səbəb «VAZ 2107»-nin sürət həddini aşması olub. Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR