Göyçay rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Göyçay rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
# 15 iyun 2010 15:59 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov APA-nın yerli bürosuna bildirib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovniki İslam Hümbətov Göyçay rayon Polis Şöbəsinə rəis təyin edilib. İslam Hümbətov iyunun 15-də vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov DİN-in Şirvan regional qeydiyyat imtahan şöbəsinin rəisi təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR