Oğuzda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

Oğuzda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb
# 16 iyun 2010 08:12 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov – APA. Azərbaycanın Oğuz rayonunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Oğuz rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb. Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Ruhid Eldar oğlu Kərimov idarə etdiyi “VAZ-2106” markalı, 10 HA 066 dövlət nömrə nişanlı avtomobillə yolun əks istiqaməti ilə hərəkət edən, Tərtər rayon sakini, 1963-cü il təvəllüdlü Tabil Tağı oğlu Abbasovun idarə etdiyi “VAZ 2106” markalı, 66 BB 025 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki maşının sürücüsü və sərnişinlər – 20 yaşlı Fəqan Almazov, 51 yaşlı Fəridə Quliyeva və 21 yaşlı Səxavət Orucov müxtəlif bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Baş vermiş yol qəzası ilə əlaqədər Oğuz rayon PŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR