BDU-nun yataqxanasında yanğın olub

BDU-nun yataqxanasında yanğın olub
# 17 iyun 2010 11:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da Bakı şəhəri, Yasamal rayonunda BDU-nun doqquzmərtəbəli yataqxana binasının damında lift şaxtasında yanğın baş verib.
Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları liftin şaxtasında taxta qırıntıların alışması nəticəsində başlanan yanğını söndürüblər. Yanğın nəticəsində 20 kvadratmetr sahə yanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR