Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 21 iyun 2010 10:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Şəki rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən xəbərinə görə, iyunun 20-də saat 22.00 radələrində Şəki şəhərinin Marxal kəndi ərazisində Azad Allahverdiyev "QAZ-3110" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə xəsarət alan A. Allahverdiyev və sərnişinləri - anası Minarə, həyat yoldaşı Lamiyə və oğlu Elçin xəstəxanaya yerləşdiriliblər. A. Allahverdiyev orada dünyasını dəyişib.

Faktla bağlı Şəki Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, APA-nın Şəki-Zaqatala bürosunun yaydığı xəbərdə bildirilir ki, dünyasını dəyişən A. Allahverdiyev Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəkidə yerləşən N saylı Hərbi Hissəsində ştab rəisi vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR