Apellyasiya Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan əsgərlərin şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan əsgərlərin şikayətini təmin etməyib
# 21 iyun 2010 11:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ordusunun dövlətə xəyanətdə ittiham olunan əsgərləri - Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, hakim Əhməd Əhmədovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Azərbaycan Ordusunun əsgərləri Mürşüd Bağırov 14 il, Orxan İsmayılov 13 il, Elçin Məmmədov 12 il, Şamo Daşdəmirov 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Azərbaycan Ordusunun əsgərləri Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırov döyüş postunu özbaşına tərk edərək düşmən tərəfinin hərbiçiləri ilə görüşüblər. Bu görüşlər zamanı əsgərlər erməniləri maraqlandıran hərbi sirr barədə düşmən tərəfi məlumatlandırıblar.

Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR