Qəsdən adam öldürməkdə təqsirləndirilən Qobustan rayon sakininə hökm oxunub

Qəsdən adam öldürməkdə təqsirləndirilən Qobustan rayon sakininə hökm oxunub
# 21 iyun 2010 13:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Qobustan rayon sakininin məhkəmə baxışı yekunlaşıb. APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən İslam Əliverdiyevə hökm oxunu. Məhkəmənin hökmü ilə İ. Əliverdiyev 8 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Qobustan rayon Sündü kənd sakini, 34 yaşlı İslam Əliverdiyev şəxsi münaqişə zəminində dostu Ərəstun Səfərovu bıçaqlayıb. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən Ə. Səfərovun aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR