Saatlıda son 5 gündə iki nəfər özünü güllələyib

Saatlıda son 5 gündə iki nəfər özünü güllələyib
# 24 iyun 2010 09:13 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı rayon prokurorunun böyük köməkçisi Əlimirzə Əliyev məlumat verib. Onun bildirdiyinə görə, iyunun 19-da Qırağlı kənd sakini 1968-ci il təvəllüdlü Şükürov Etibar Tahir oğlu ov tüfəngindən atəş açaraq özünü öldürüb. Bu hadisəyə bənzər ikinci intihar halı isə iyunun 23-də baş verib. Saatlı şəhər sakini 1982-ci il təvəllüdlü Minbaşıyev Murad Əlişirin oğlu ov tüfəngindən atəş açaraq intihar edib. İntiharların səbəbləri hələ tam aydınlaşdırılmayıb.
Faktlarla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR