Tərtərdə baş vermiş qasırğa nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb

Tərtərdə baş vermiş qasırğa nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb
# 24 iyun 2010 21:14 (UTC +04:00)
Çoxlu elektrik dirəyi aşıb, nəticədə regionda elektrik enerjisi verilişi dayandırılıb.

Güclü külək nəticəsində Tərtər-Ağcabədi yolunda ağacın Jiquli markalı avtomobilin üzərinə aşması nəticəsində 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə bölməsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, avtomobilində həlak olanlar Bərdə rayon sakinləridir.

Həlak olanların və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR