Bakıda Avropa Şurası, Avropa İttifaqı və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə seminar keçirilir

Bakıda Avropa Şurası, Avropa İttifaqı və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə seminar keçirilir
# 25 iyun 2010 09:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda Avropa Şurası, Avropa İttifaqı və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə “Pis rəftarla bağlı iddiaların istintaqının Avropa standartlarına uyğun icra edilməsi” mövzusunda seminar işə başlayıb. APA-nın Baş Prokurorluğun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov tədbirin əhəmiyyətindən danışıb. Azərbaycanda məhkəmə-hüquq islahatları çərçivəsində mütərəqqi qanunların qəbul edildiyini bildirən N. Abbasov dövlətin insan hüquqları sahəsində beynəlxalq konvensiyalara, o cümlədən BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına qoşulduğunu xatırladıb.

Avropa Şurasının beynəlxalq ekspertləri Pamela MakKormik və Erik Svanidzenin pis rəftarın istintaqı, pis rəftara qarşı digər tədbirlər və onların qarşısının alınması, eyni zamanda, istintaqın əhəmiyyəti ilə bağlı məruzələri dinlənilib.

Qeyd edək ki, iki gün davam edəcək seminarda Avropa Şurasının beynəlxalq ekspertlərinin iştirakı ilə pis rəftarın istintaqı, onun qarşısının alınması tədbirləri və digər aktual məsələlərlə bağlı müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR